Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş nazir Aparatı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, həmsöhbətlər Qarabağ ətrafındakı vəziyyətlə bağlı müzakirələri davam etdiriblər: pizza hut
“O cümlədən tərəflər 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi bir daha təsdiqləyiblər. Eyni zamanda regionda sabitliyin təmin edilməsində Rusiyanın sülhməramlı missiyasının rolu vurğulanıb.
Ermənistan və Rusiya arasında müttəfiqlik və strateji münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb”, - deyə açıqlamada vurğulanıb.
Telegram kanalımız