Putin qiyamdan canını qurtardı, amma... - Rusiyanı hansı təhlükə gözləyir?

saytların hazırlanması

Evə çatdırılma

Putin qiyamdan canını qurtardı, amma... - Rusiyanı hansı təhlükə gözləyir?

Siyasət

03 İyul 2023 17:16 1244


Politoloq Natiq Mirinin “Yeni Sabah”a müsahibəsi:

- Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” silahlıları Rusiyada hərbi çevriliş etmək istədilər, lakin nəticə hamımıza bəllidir. Sizcə, növbəti üsyan təhlükəsi mövcuddurmu?

- “Vaqner”in qiyamının yatırılmasından danışanda, ilk növbədə, onun mənəvi-psixoloji nəticələrindən danışmaq lazımdır. Yəni önəmli olan hərbi rəhbərliyin istefası və yaxud rejimin dəyişməsi ilə nəticələnməməsi deyil. Sosial-psixoloji anlamda o, Rusiya cəmiyyətində çox ciddi dəyişikliklər etdi. Söhbət Putin rejimin yaratdığı qorxunun bir anda yox olmasından gedir. Əgər 1 il bundan öncə rejimə qarşı hər hansı bir çıxış etmək mümkün deyildisə, bu gün artıq fərqli situasiya yaranıb. pizza

Fikrimcə, qiyama həm siyasi, həm də biznes elitasının gizli dəstəyi vardı. Putin qiyamdan canını qurtarsa belə, növbəti seçkidə qalibiyyəti mümkünsüz hala gələcək.

- İddia edirsiniz ki, Putinin 23 illik səltənətini devirmək cəhdi məhz ətrafından gəlib?

- Elədir ki, var. Bundan başqa, qiyamdan sonra Rusiya cəmiyyəti birdən-birə sanki ayıldı. Əgər əvvəllər Qərbin önündə bir monolit siyasi komanda görüntüsü var idisə, bu mif artıq tamamilə dağıldı.

- Bəs Rusiyanın parçalanma ehtimalını necə qiymətləndirirsiniz?

- Rusiyanın parçalanma perspektivini artıq Qərb müəyyən etmir. Bu elə bir zəncirvari reaksiyadır ki, əgər başlasa, qarşısını almaq mümkün olmayacaq.

- Onda belə qənaətə gəlmək olar ki, Vladimir Putinin qəfil Dərbənd səfərinin səbəbi bu ehtimaldır?

- Onsuz da Vladimir Putinin Qafqaza, xüsusilə də Dərbəndə gəlməsinin əsas qayəsi məhz gələcəkdə başlaya biləcək parçalanmanın qarşısını almaqdan ibarətdir. Çünki artıq parçalanma meyllərini Rusiya prezidenti də hiss edir. Düşünür ki, belə bir parçalanma başlayarsa, məhz Qafqazdan başlayacaq. Hətta Azərbaycan-Ermənistan münasibətləri kontekstində Rusiya Cənubi Qafqazda sıxışdırılır. Qafqaz isə bir bütündür. Əgər Rusiya Cənubi Qafqazda sıxışdırılsa, bunun növbəti addımı Şimalı Qafqazdan çıxarılması olacaq. Bu hadisə Rusiyanın bir neçə hissəyə parçalanmasına gətirib çıxaracaq. Potensial təhlükə budur və bunu Qərbin heç bir planı dayandıra bilməz. 

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!