“Putin rus xalqını aldadır, minir, mahmızlayır və istədiyi kimi sürür”

saytların hazırlanması

Evə çatdırılma

“Putin rus xalqını aldadır, minir, mahmızlayır və istədiyi kimi sürür”

Siyasət

06 Sentyabr 2022 12:26 2289


Rusiya-Ukrayna müharbəsi başlayanda Vladimir Putinin taleyi ilə bağlı müxtəlif ehtimallar irəli sürülürdü. Bir çox analitiklər Rusiya prezidentinin devriləcəyini, hətta yaxın ətrafı tərəfindən terrora məruz qalacağını iddia edirdilər. 

Müharibənin 6 ayı geridə qalsa da, Putin özünü həm daxili, həm xarici təhlükədən sığortalaya bilib.

Rusiyanın dövlət başçısı bu təhlükələri necə dəf edə bilir? Altı ay əvvəl səsləndirilən proqnozların doğrulmaq ehtimalı varmı? Sezar pizza

Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bu suallara aydınlıq gətirib.

O bildirib ki, Putin hakimiyyəti iki səbəbə görə möhkəmdir: “Əsas səbəb rus xalqının şovinist təfəkkürə sahib olması, siyasi cəhalətiin girdabında çabalaması və Putinin Rusiyada ağır cəza üsulları tətbiq etməsidir. 

Xalqın qəzəbindən qorunmaq və təhlükəsizliyi təmin etmək üçün həm Təhlükəsizlik Xidməti, həm “rosqvardiya”, həm də şəxsi mühafizə sistemi yaradıb.

Putinin yaratdığı mühafizə sistemi rus ordusu və iqtisadiyyatı çökməyə başladığı zaman zəifləyəcək. Bu zaman isə Allah nə yazıbsa, o da olacaq. Hələlik Putin rus xalqını aldadır, minir, mahmızlayır və istədiyi kimi sürür”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!