Putin: Rusiya İran və Azərbaycanla yükdaşımalarla bağlı razılaşmaya ümid edir

saytların hazırlanması

Evə çatdırılma

Putin: Rusiya İran və Azərbaycanla yükdaşımalarla bağlı razılaşmaya ümid edir

Siyasət

17 May 2023 13:43 752


Rusiya Rusiya Federasiyası, İran və Azərbaycan arasında dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair sazişin hazırlanmasının tezliklə başa çatacağına ümid edir.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

O, videobağlantı vasitəsilə İran prezidenti İbrahim Rəisi ilə birlikdə Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin imzalanması mərasimində iştirak edib. pizza

“Bu gün haqqında danışdığımız bu dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir. Biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda Şimal-Cənub marşrutu üzrə dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanmasının tezliklə başa çatmasını səbirsizliklə gözləyirik”, - deyə Putin vurğulayıb.

Bu, üç ölkənin gələcək uğurlu koordinasiyası üçün lazımi hüquqi baza yaradacaq, Rusiya prezidenti əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!