Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Qarabağ nizamlanmasında irəliləyişə ümid etdiyini bildirib.
Yenisabah.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya lideri bu istiqamətdə danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib:
“Biz bu gün bütün bu məsələlərlə bağlı danışmalıyıq. Mən həqiqətən ümid edirəm ki, bu gün nizamlanma istiqamətində irəliyə doğru addım ata biləcəyik”, - Putin Paşinyanla danışıqlar zamanı deyib. pizza sifarişi
Qeyd edək ki, bu gün Rusiya, Ermənistan və Azərbaycan liderləri Soçidə üçtərəfli görüş keçirəcəklər.
Telegram kanalımız