Putin tatamiyə çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

Putin tatamiyə çıxacaq

İdman

14 Fevral 2019 22:38 1210


Rusiya prezidenti Vladimir Putin fevralın 14-də Rusiyanın cüdo yığması ilə birgə tatamiyə çıxmağı planlaşdırır.

Bu barədə rusiyalı dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlama verib. “O, (Putin - red.) uzun müddətdir ki, onlarla məşq etmir”, - deyə D.Peskov bildirib.

Qeyd edək ki, V.Putin 11 ildir ki, əlbəyaxa döyüş növləri, o cümlədən, cüdo və sambo ilə məşğul olur. İdman ustası dərəcələri var. 2006-cı ildə Avropa Cüdo İttifaqının fəxri prezidenti olub. 2010-cu ildə isə Yönin Cənubi Koreya Universitetində “cüdo sahəsinin doktoru” diplomunu alıb. Bundan başqa, karate üzrə qara kəmərə sahibdir. Marqarita pizza

Rusiyalı lider asudə vaxtlarında hokkey və xizəkçiliklə məşğul olur.

Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!