Rusiya prezidenti Vladimir Putin hesab edir ki, rus qoşunları Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yara və Ukraynanın 4 bölgəsini tamamilə ələ keçirə biləcək.
Yenisabah.az Bloomberg-ə istinadla xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən məlumatlı mənbə bildirib.
Putin Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinə tam nəzarət istəyir. Toyuqlu pizza
Beynəlxalq Strateji Araşdırmalar İnstitutundan Ben Barri hesab edir ki, Rusiyanın ilin sonuna qədər Ukraynanın dörd bölgəsini tamamilə ələ keçirə bilməsi ehtimalı son dərəcə aşağıdır. Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi iflasa uğrayarsa, bu əraziləri ələ keçirmək Rusiya Silahlı Qüvvələri üçün sadə iş olacaq, lakin “hazırda belə bir ssenari olduqca çətin görünür”.
Tramp müharibənin tez bir zamanda bitməsinə ümid edir, Putin isə öz növbəsində döyüşləri dayandırmağa hazır olduğuna dair heç bir əlamət göstərmir. Rusiya prezidenti ABŞ-ın xəbərdarlıq etdiyi sanksiyaların sərtləşdirilməsi ilə bağlı nikbindir.
ABŞ prezidenti bundan əvvəl Putinin 30 günlük atəşkəsi qəbul etmədiyi təqdirdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazır olduğunu bildirmişdi. Rusiya atəşi dayandırmayıb, lakin Amerika sanksiyalarının yeni paketi hələ qəbul edilməyib.
Telegram kanalımız