Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Naftali Bennet arasında telefon danışığı olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, danışıq zamanı Ukrayna ilə bağlı məsələlər müzakirə olunub. Dördpendirli pizza
Putin Rusiyanın Belarusun Qomel şəhərində danışıqlara hazır olduğunu və qeyri-ardıcıllıq nümayiş etdirən Kiyevin hələ də fürsətdən istifadə etmədiyini söyləyib.
Qeyd edilib ki, Naftali Bennet hərbi əməliyyatları dayandırmaq məqsədi ilə İsrailin vasitəçiliyini təklif edib.
Telegram kanalımız