Putin və Tramp arasında daha bir telefon danışığı baş tutdu

saytların hazırlanması

Evə çatdırılma

Putin və Tramp arasında daha bir telefon danışığı baş tutdu

Siyasət

29 Dekabr 2025 21:59 549


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yeni telefon danışığı baş tutub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə mətbuata Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

"Razılaşdırıldığı kimi, bu gün Rusiya və ABŞ prezidentləri arasında daha bir telefon danışığı aparılıb", - Uşakov bildirib. Sezar pizza

Telefon danışığı zamanı Putin Ukrayna ordusunun Novqorod vilayətindəki iqamətgaha dron hücumu barədə Trampı məlumatlandırıb və ABŞ prezidentinə Kiyevin iqamətgaha hücumla bağlı hərəkətlərinin cavabsız qalmayacağını bildirib.

Tramp bildirib ki, Vladimir Putinin iqamətgahına dron hücumu ABŞ-ın Zelenski ilə işləməklə bağlı yanaşmasına təsir edəcək.

Uşakovun sözlərinə görə, Tramp bildirib ki, o xoşbəxtlikdən Zelenskiyə “Tomahavk” raketləri verməyib.

Rusiya tərəfi hesab edir ki, Tramp və Zelenski arasında əldə edilən bəzi razılaşmalar Ukraynaya öhdəliklərindən yayınmaq imkanı verir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!