Putin və Zelenski eyni tədbirə dəvət olundu

saytların hazırlanması

Evə çatdırılma

Putin və Zelenski eyni tədbirə dəvət olundu

Dünya

29 Aprel 2022 14:33 295


Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski İndoneziyada keçiriləcək G20 sammitinə dəvət olunublar.

Yenisabah.az xəbər verir ki, bu barədə France-Presse Agentliyi məlumat yayıb.

Bundan əvvəl Zelenski İndoneziya prezidenti Coko Vidodo ilə danışıqlar apardığını və onu G20 sammitinə dəvət etdiyinə görə həmkarına təşəkkür etdiyini bildirmişdi.
Spözügedən sammit ilin sonunda Bali adasında keçiriləcək. Hələlik nə Vladimir Putin, nə də Vladimir Zelenski görüşlərinin keçirilə biləcəyi G20-yə gedəcəklərini rəsmi şəkildə təsdiqləməyiblər.

Bununla belə, İndoneziya prezidenti Putinlə dünənki söhbətdən sonra bildirib ki, Rusiya prezidenti noyabrda keçiriləcək sammitə gəlmək planlarını təsdiqləyib. Dominos pizza

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Rusiyanın G20-dən çıxarılmasının tərəfdarı idi.

Öz növbəsində Çin Xarici İşlər Nazirliyi Rusiyanın G20-dən çıxarılmasının əleyhinə olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!