Putin-Zelenski görüşü Türkiyədə keçirilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Putin-Zelenski görüşü Türkiyədə keçirilə bilər

Siyasət

31 Mart 2022 09:19 519


Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar aprelin 1-də bərpa olunacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, deputat David Araxamiya yerli mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, prezidentlərin üzbəüz görüşündə müzakirə obyektinə çevriləcək sənədlər paketi bir həftə sonra hazır olmalıdır. Pepperoni pizza

"O ki qaldı üzbəüz görüşə, Rusiya tərəfinin cavabını gözləyirik. Onlar iki-üç gün təklifimizə necə cavab verəcəkləri barədə düşünəcəklər. Biz onlara iki ölkə liderlərinin görüşünün keçirilməsi vaxtının yetişdiyini bildirdik. Düşünürəm ki, bir həftə ərzində bizdən asılı olduğumuzun üzərində işləyəcəyik, daha mandatımız olmayacaq. Bundan sonra isə prezidentlərin görüşünü gözləyəcəyik”, - Araxamiya bildirib.

O, həmçinin vurğulayıb ki, Ukrayna tərəfi prezidentlərin Rusiya və ya Belarusda görüşünün keçirilməsinin əleyhinədir. Ukrayna nümayəndə heyətinin rəhbərinin fikrincə, ən yaxşı yer Türkiyə ola bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!