Putindən “Vaqner“ üsyanı ilə bağlı mühüm açıqlama...

saytların hazırlanması

Evə çatdırılma

Putindən “Vaqner“ üsyanı ilə bağlı mühüm açıqlama...

Siyasət

26 İyun 2023 23:40 4294


Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi axşam ölkədə son günlərdə yaranmış vəziyyətlə bağlı açıqlama verib.

O, silahlı qiyamın təşkilatçılarını vətənə xəyanətdə ittiham edib. 

Putin qeyd edib ki,  "Vaqner" rəhbəri Yevgeni Priqojinlə Belarus prezidenti Aleksandr Lukaşenko vasitəsilə əldə edilən razılaşmalara sadiqdir. pizza sifarişi

Putin Vaqner döyüşçülərinin vətənpərvər olduqlarını qeyd edib: "Onlar vətən uğrunda qəhrəmanlıqla döyüşüblər. Onlardan qara işlər üçün istifadəyə cəhd olundu. İndi istəyənlər Müdafiə Nazirliyi ilə müqavilə bağlaya, istəyənlər evlərinə, istəyənlər də Belarusa gedə bilərlər. Mən verdiyim sözün üstündə dururam. Seçim onlarındır"...

“Vəziyyət göstərdi ki, istənilən şantaj və iğtişaşlar uğursuzluğa məhkumdur. "Vaqner"in silahlı üsyanı istənilən halda yatırılacaqdı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!