“Putinə Medvedçuk lazım deyil“ - Podolyak

saytların hazırlanması

Evə çatdırılma

“Putinə Medvedçuk lazım deyil“ - Podolyak

Dünya

29 Aprel 2022 16:59 484


"Rusiya Mariupolla bağlı danışıqlar aparmaq istəmir. İstəmir ki, insanlar “Azovstal”ı təhlükəsiz tərk edə bilsinlər. Həmçinin, ukraynalı döyüşçülərin Vladimir Putinin xaç atası olan Viktor Medvedçukun dəyişdirilməsi təklifinə cavab vermir".

Yenisabah.az RL-yə istinadla xəbər verir ki, bunu Ukrayna rəsmisi Mixail Podolyak deyib.

O əlavə edib: "Medvedçuku Rusiya Federasiyası üçün nüfuzlu və vacib şəxs kimi qələmə verirlər və məlum olur ki, ona praktik olaraq ehtiyacları yoxdur". Pepperoni pizza

M. Podolyakın sözlərinə görə, Rusiya üçün Mariupolu dağıtmağın, oradakı müdafiəçilərin öldürməyin dəyəri Medvedçukdan qat-qat böyükdür. Biz onu öz əsgərlərimizə dəyişə bilmirik. Yəni bütün təkliflər, o cümlədən Medvedçukun dəyişdirilməsi şərti danışıqlar masasındadır. Amma Rusiya göstərir ki, Medvedçuk onlar üçün qiymətli deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!