Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukraynaya qarşı müharibə başlanandan sonra Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd olduğunu iddia edib.
Budanov bu açıqlamanı “Ukrainskaya Pravda” nəşrinə müsahibəsində verib.
Budanov deyib: “Putinə qarşı sui-qəsdlər olub... Bu yaxınlarda necə deyərlər, Qafqazın nümayəndələri tərəfindən qəsd olub. Bu informasiya ictimaiyyətə açıqlanmır. Tamamilə uğursuz cəhd olub, lakin real olaraq, sui-qəsd cəhdi olub... Hadisə təqribən 2 ay bundan əvvəl baş verib. Bir daha təkrar edirəm: uğursuz olub. Heç bir yerdə bu barədə danışılmasa da, bu, olub”. pizza
Budanov Rusiya prezidentinin çıxılmaz vəziyyətə düşdüyünü deyib: “Vladimir Putin Ukraynaya qarşı müharibəni nə dayandıra, nə də ki uda bilir”. /Hurriyyet.az
Telegram kanalımız