“Putini tanıyanlar bilir ki, o, asanlıqla sındırılan qoz deyil” 

saytların hazırlanması

Evə çatdırılma

“Putini tanıyanlar bilir ki, o, asanlıqla sındırılan qoz deyil” 

Siyasət

12 Noyabr 2022 13:45 3040


“Artıq Vladimir Putinin gedişindən söhbət edilirsə, deməli, Rusiya üçün Ukrayna cəbhəsində vəziyyət böhran şəklindədir. Bildiyiniz kimi, Xerson şəhərinin azad olunması, eyni zamanda M14 magistralının Ukrayna ordusunun nəzarətinə keçməsi artıq Krımla Donbass arasındakı quru yol əlaqəsini kəsib.

Digər tərəfdən isə Ukrayna ordusu artıq Donbassda, daha dəqiq isə Donetsk vilayətindəki ərazilərin çoxunu azad edib. Hətta bir zamanlar fəxrlə Luqansk vilayətinin “azad” olunduğunu deyən Rusiya artıq Luqanskda da əraziləri itirməyə davam edir. Yavaş-yavaş olsa da, Ukrayna ordusu irəliləyir və bu da gələcək perspektivdə Ukraynanın bütövlükdə Donbassı azad edə biləcəyini göstərir”.

Bu sözləri Yenisabah.az-la söhbətində politoloq Natiq Miri deyib. pizza

Siyasi təhlilçi ABŞ ordusunun general-leytenantı, Avropa qoşunlarının sabiq komandakı Ben Hocesin “2023-cü ildə Vladimir Putin Krımı və prezident kürsüsünü təhvil verəcək” açıqlamasına münasibət bildirərkən deyib ki, bu fikirlər özü-özlüyündə əsaslıdır və bütün uğursuzluqların fonunda kimsə məsuliyyət daşımalıdır:

N. Miriyə görə, təkcə beynəlxalq aləm qarşısında deyil, eyni zamanda Rusiya ictimaiyyəti qarşısında da məsuliyyət daşınılmalıdır ki, ən azından, siyasi cəhətdən bu məğlubiyyətin səbəbkarının kim olduğu üzə çıxsın:

“Çünki hərbi cəhətdən kimlərisə ittiham etmək olar, ancaq siyasi cəhətdən bu əmri verən və bu hesabatları bilavasitə təsdiqləyib, 4 gün müddətində Kiyevə çata biləcəyinə inan bir siyasi rəhbər var idi”.

Analitik düşünür ki, Putinin getməsi həm də bir sövdələşmə predimeti də ola bilər:

“Bilirsiniz ki, məxfi də olsa, ABŞ-la Rusiya arasında danışıqlar gedir və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan bu danışıqları aparırdı. Bu kontektsdə ola bilsin ki, beynəlxalq tribunaldan hansısa ittihamlar səslənsin. Hansı ki, beynəlxalq tribunalın yaradılmasıyla bağlı 14 ölkə bu sənədə imza atıb və belə bir tribunalın yaradılması yönündə konkret fəaliyyətlər mövcuddur. Belə olduğu təqdirdə, əlbəttə ki, 100 minə qədər ukraynalının öldürülməsinin məsuliyyətini daşıyan liderlər ittiham olunacaq. Özü də onlar təkcə hərbi generallardan ibarət deyil, eləcə də bu məsələyə siyasi qərar verən rəhbər də var”.

Müsahibimizin sözlərinə görə, bu məsələlərdən qurtulmaq üçün Putin ola bilsin ki, hansısa sövdələşmə predimeti olaraq istefaya getməsi və Krımın təhvil verilməsini düşünə bilər:

“Ancaq Putini tanıyanlar bilir ki, o, belə asanlıqla sındırılacaq qoz deyil. Putin bəlkə də Rusiyada bütün əsgərlərin ölümündən sonra hələ də müharibəyə davam etməyə çalışacaq. Doğrudur, bu gün Rusiya danışıqlara oturmaqla bağlı öz istəyini bildirib, lakin Rusiyanın şərtləri daxilində. Bu da o deməkdir ki, bu gün Xerson alınıbsa, müharibə məhz bu sərhədlərdə dayansın və Rusiyanın əlində hansı Ukrayna torpaqları varsa, Rusiyada qalsın. Əlbəttə ki, Ukrayna buna gedə bilməz. Düzdür, bunu Avropada, hətta ABŞ-ın demokrat hakimiyyətində istəyənlər və mövcud vəziyyəti iqtisadi böhranla əlaqələndirənlər var. Ancaq düşünürəm ki, bu, o qədər də belə deyil”.

Müsahibimiz izah edib ki, ABŞ daha çox müharibənin dayanmasında ona görə maraqlıdır ki, o düşünür, artıq Rusiya tükənib:

“Sözün əsl mənasında da bu belədir, çünki Rusiyanın sınıq-salxaq İran ordusunun kustar üsulla hazırladığı raketlərinə və dronlarına ehtiyac yaranıbsa, bu, o deməkdir ki, son 50 ildə Rusiyanın hərbi potensialının hamısı Ukraynada tükənib. ABŞ-ın, əslində, istəyi də bu idi. Bundan sonra isə artıq Rusiya ABŞ üçün bir hədəf deyil. Əgər ABŞ Rusiyanı yanına çəkə bilərsə, növbəti təklənmiş hədəf Çin olacaq. Çünki ABŞ-ın əvvəlcədən də əsas strategiyası və hədəfi məhz bu idi və zənnimcə, ABŞ öz hədəflərinə çatıb”.

“Bu xüsusda nədənsə Ben Hoces demir ki, Putinin istefasına səbəb ola biləcək hansı sövdələşmə predimetləri və hansı danışıqlar ola bilər. Mənə elə gəlir ki, məsələni əsas bu xüsusda dəyərləndirmək lazımdır. Baxmayaraq ki, hər iki tərəfdən 100 minə yaxın insan ölüb, amma bu, ABŞ-ın o qədər də vecinə deyil. Yəni maraqları kontekstində deyil və onun əsas məqsədi Rusiyanı tükətmək və Çini təkləməkdir, hansı ki, bunu da Ukrayna ordusu vasitəsilə edə bildilər. Ona görə də bundan sonra artıq Putinlə istənilən bir sövdələşmə predmetinə gedilə bilər. Hətta müharibənin dayandırlmasını da istəyə bilərlər. Buna görə də Hocesin dediyində qismən də olsa, həqiqət var”, – əlavə edib.

“Ben Hocesin sözlərinə inansaq, növbəti ildə Putinin yerinə alternativ yaxud alternativlər kim ola bilər” sualına isə siyasi şərhçi belə cavab verib:

“O ki qaldı konkret Putinin yerinə alternativin olmasına, alternativlər hər zaman mövcuddur. Düşünürəm ki, bu alternativlərin içərisində Rusiya Təhükəsizlik Şurasının katibi Nikolay Patruşev, hətta onun oğlu, kənd təsərrüfatı naziri Dmitri Patruşev də var. Çünki o, gənc və dinamikdir. Eləcə də FSB-nin direktoru Aleksandr Bortnikov haqqında deyilənləri də eşitmişik. Hətta mən sabiq prezident Dmitri Medvedyevi də bu postda düşünə bilərəm. Çünki Medvedyevin hakimiyyəti dövründə (2008-2012) o, daha çox Qərblə daha çox anlaşmağa çalışan bir lider kimi görünürdü. Doğrudur, bu gün Medvedyevin qeyri-ciddi bir imici formalaşıb, ancaq hər bir halda fikrimcə, əgər bu alternativ Qərblə razılaşdırılası olsa, Medvedyevin hakimiyyətə gəlməsini Qərb istəyə bilər ki, müharibə də beləliklə, yekunlaşsın”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!