Putini tez-tez kim “öldürür“?   - “Stalin öləndə də gizlətmişdilər“

saytların hazırlanması

Evə çatdırılma

Putini tez-tez kim “öldürür“? - “Stalin öləndə də gizlətmişdilər“

Siyasət

31 May 2022 14:08 1144


“Bu tip xəbərlərin niyə tirajlandığını demək çətindir”.

Bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Fikrət Sadıxov bildirib.

O, Qərb mətbuatında Putinin ölümü və yaxud xəstəliyi ilə bağlı ortaya atılan iddialara münasibət bildirib: Marqarita pizza

“Putin xəstədir, yaxud ağır xəstəlik dövrü keçirir və onun ömrünün axırına qısa bir müddət qalıb, - bunların hamısı ehtimallardır. Bu ehtimallar da müəyyən dairələr tərəfindən yayılır və birmənalı şəkildə Putinin düşmənləridir.

Sözsüz ki, media təbliğat maşınıdır, Putinin ölüm, yaxud xəstəlik xəbərləri də təbliğatdır. Belə xəbərlər cəmiyyətdə, xalq arasında vətənpərvər yanaşmaya mənfi təsir üçündür. Qısası, məqsədyönlü bir işdir”.

Şərhçinin sözlərinə görə, reallığı heç kəs bilmir:

“Nə biz, nə şayələri yayan, nə də ki onu eşidən”.

F. Sadıxov tarixdən misal gətirib:

“Həqiqətən də, xəstə olan dövlət başçılarının vəziyyəti heç vaxt ictimaiyyətə bildirilməyib və bu, gizli saxlanılıb. Yaxşı yadımdadır, Leonid Brejnevin ölümü, yaxud Stalinin ölümü bir neçə gün sonra elan edildi”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!