“Putinin ətrafında yarı dəm vəziyyətdə olan bəzi məmurlar...”

saytların hazırlanması

Evə çatdırılma

“Putinin ətrafında yarı dəm vəziyyətdə olan bəzi məmurlar...”

Siyasət

29 İyul 2022 14:21 1906


Müharibə uzandıqca, Rusiya siyasi elitası və kuratorlarının Ukrayna prezidenti Volodimir Zelenskinin haqqında dezinformasiya təxəyyülü genişlənir. Putinin sadiq silahdaşı olan Çeçenistan rəhbəri Ramzan Kadırovun Zelenski barəsində çəkdiyi və “Telegram”da paylaşdığı video hər kəsə məlumdur. Bilməyənlər üçün deyək ki, süjetdə “Zelenski” “Axmat” batalyonunun hərbçiləri tərəfindən əsir götürülərək Qroznıya gətirilir. Görüntülərdə “Zelenski”nin burnuna fikir verəndə kokain tozunun olduğunu, eləcə də qeyri-adekvat hərəkətlər etdiyinin şahidi oluruq.

Hələ bu azmış kimi, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev də Zelenskinin ağır psixotrop maddələr qəbul etdiyi və bütöv Ukrayna xəyalları ilə yaşadığını “Telegram” kanalında paylaşmışdı.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış psixoloq Azad İsazadə xatırladıb ki, Ukrayna prezidenti Volodimir Zelenskinin narkotik qəbul etməsi barəsində hələ müharibədən öncə də Rusiya tərəfi şayiə buraxırdı: Sezar pizza

“Çünki Rusiyada belə bir düşüncə yaranıb ki, siyasətdə yalnız güclü insan, zabit, keçmiş KQB-çi, peşəkar diplomat və s. olmalıdır. Reallıq isə göstərdi ki, adi aktyor, KVN-çi çox effektli bir menecer kimi Ukraynanı idarə edə bilər.

Məsələn, ona dedilər ki, hakimiyyət vertikalı qurmaq lazımdır. O isə horizontal əlaqələr yaratdı, demokratik bir mühit formalaşdırdı. Bu da sözsüz ki, Rusiya üçün mənəvi bir təhlükəni yaratdı ki, deməli, demokratik yolla prezident seçilə bilər, hər dəfə yeni bir prezidentin olması mümkündür, prezident özünü daha sərbəst aparmalıdır və s. Onların çıxışlarını müqayisə etsək, görərik ki, Vladimir Putinin çıxışı quru, formal və bürokratik sözlərdir, hətta bəzən başa düşmək də olmur nəyi nəzərdə tutur; yaxud da çox şit, kriminal zarafatlardan ibarətdir.

Zelenski və onun komandasının çıxışları isə daha canlıdır, ətraflıdır, insanlarla başa düşdükləri dildə danışırlar, formal söhbətlər etmirlər. Bu fərqi də neqativ bir fərqə çevirmək üçün Rusiya tərəfi başladı ki, Zelenski kloundur, aktyordur, o, siyasətçi deyil, onu oliqarxlar idarə edir, o cümlədən də guya narkotik qəbul edir.

Halbuki biz bəzən görürük ki, – hansı ki, söhbət Valdimir Putindən getmir, çünki o, alkoqol istifadə etmir, istifadə edəndə də çox az – Putinin ətrafında yarı dəm vəziyyətdə olan bəzi məmurlar qeyri-adekvat danışırlar və s.

Qısacası, bu xəbərlər Zelenskinin nüfuzunu endirmək üçün ortaya atılan dezinformasiyalardır”, - deyə müsahibimiz fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!