Ermənistan hakimiyyətinin Beynəlxalq Cinayət Məhkəməsinin əsasını təşkil edən Roma Statutunun ratifikasiya prosesini dondurması istisna edilmir.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşrinin sözlərinə görə, rəsmi dairələrdə deyilir ki, indiyədək diplomatik kanallarla Moskvanı razı sala bilməyiblər ki, onun ratifikasiyası onlara və xüsusən də Putinə qarşı deyil. Marqarita pizza
Xatırladaq ki, fevralın 23-də Ermənistan Konstitusiya Məhkəməsi (KM) nizamnamənin Ermənistan Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib. Beləliklə də Ermənistan hökuməti sazişin ratifikasiyası prosesini davam etdirə bilər. KM-nin qərarından sonra isə Ermənistan hökumətinə nizamnamənin ratifikasiyası məsələsini Milli Məclisə göndərmək üçün 3 ay vaxt verilir.
Qəzet yazır ki, buna baxmayaraq, hələ də proses həyata keçirilməyib:
“Nizamnamənin ratifikasiyası ilə Ermənistan nəinki Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edə, həmçinin, sərhəddəki toqquşmalar ilə bağlı məsələlərin də beynəlxalq məhkəmədə araşdırılmasına nail ola bilər.
Qeyd edək ki, beynəlxalq məhkəmə bu yaxınlarda Putinin həbsi barədə qərar qəbul edib. Ermənistan KM-nin qərarından sonra isə Rusiya Federasiyasının rəsmi dairələrindən bu ölkəyə mütəmadi sərt reaksiyalar gəlməkdə davam edir.
Telegram kanalımız