Putinin kinayəli Qarabağ açıqlamasına Ərdoğandan CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Putinin kinayəli Qarabağ açıqlamasına Ərdoğandan CAVAB

Siyasət

17 Dekabr 2023 16:14 3842


Rusiya Prezidenti Vladimir Putin hər dəfə kinayəli şəkildə “Ermənistan Qarabağı Azərbaycan ərazisi tanıdıqdan sonra Rusiya çarəsiz qaldı” dedikcə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müttəfiqlik ruhuna uyğuna olaraq, “Qarabağın işğaldan azad edilməsi uğurdur” fikrini təkrarlayır. Türkiyə Cümhurbaşqanı son çıxışında bu mövzuya yeni fikirlərini əlavə etməklə toxunub: “Biz gücləndikcə bizə ümid bağlayan dostlarımızın da güvəni artır. Qarabağın işğaldan azad edilməsi bizə inamı artırdı. Keçmişlə müqayisədə çox fərqli və müsbət atmosfer var. Qarabağın işğaldan azad edilməsi bu ab-havanı daha da gücləndirdi”.

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Ərdoğan haqlıdır. Türkiyə bölgədə gücləndikdən və söz sahibinə çevrildikdən sonra Ankara Rusiyanın Azərbaycana mümkün təzyiqlərini zəiflətdi və bu bizə 3 il ərzində işğala son qoymağa və ərazi bütövlüyümüzü tam bərpaya şərait yaratdı. O da həqiqətdir ki, Qarabağın azad edilməsi türk dövlətləri arasında inteqrasiyanı gücləndirib. Böyük ehtimalla Ərdoğan, “Qarabağın azad edilməsi müsbət ab-havanı gücləndirib” - dedikdə bunu da nəzərdə tutub”, - politoloq vurğulayıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Fariz
    Düşnənimir rusdu, farsdı. Erməni haylar alətdi
    2 years ago
  • t.ədalət
    Qarabağın işğalçısı Rusiya idi.Etiraf etmək lazımdır ki,yurd yerlərimizin rus işğalından azad edilməsində ABŞ-ın tərəfini tutan Paşinyan da bizə tərəf oldu.Rusiya bu dəfə üstümüzə tuşladığı silahın tətiyini erməninin barmağı ilə sıxa bilmədi.Hər şeydən əli üüzülən Putin, ordusunu Azərbaycanda saxlamaq üçün indi də növbəti xəyanət yolu arayır.Ancaq bu yol bitmişdir.İşəllah,rus casuslarının da fəaliyyətinə son qoyulacaq vaxt gəlib çatacaq.
    2 years ago