“Putinin məqsədi Ukraynanı məhv etməkdir“ - Rəsmi Kiyev

saytların hazırlanması

Evə çatdırılma

“Putinin məqsədi Ukraynanı məhv etməkdir“ - Rəsmi Kiyev

Xalqın səsi

22 Aprel 2022 12:16 980


"Rusiya prezidenti Vladimir Putin müharibəni mayın 9-da tamamlamaq fikrində deyil. O, hərbçilərin qarşısına böyük məqsəd qoyub və ona nail olmağı səbirsizliklə gözləyir".

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

"Biz bilirik ki, Putin dayanmaq fikrində deyil. Nə mayın 9-da, nə 10-da, nə də 20-də. Putinin hərbçilərinin qarşısına qoyduğu vəzifə kifayət qədər sadədir - dövlətimizi məhv etmək. Onların başqa vəzifəsi yoxdur", - deyə Danilov qeyd edib. Dominos pizza

O vurğulayıb ki, Putin rejimi Ukraynanı dövlət hesab etmir və onu məhv etmək bütövlüklə planı hazırlayıb:

"Bunun necə baş verəcəyi ilə bağlı plan qurulub. Həbs düşərgələri qurulmalı, vətəndaşlarımız Sibirdə 3-5 şəhər salmağa göndərməli idi. Putin bunu Şoyqu ilə birlikdə müəyyənləşdirib. Bu, onların planıdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!