Putinin namizədliyi qeydə alındı

saytların hazırlanması

Evə çatdırılma

Putinin namizədliyi qeydə alındı

Dünya

29 Yanvar 2024 12:37 407


Rusiya Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı və özünün namizədliyini irəli sürmüş Vladimir Putini bu ilin martında keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alıb.

Yenisabah.az xəbər verir ki, MSK-nın müvafiq qərarı bu gün qəbul edilib.

Putin qarşıdan gələn Rusiya prezident seçkilərində qeydə alınmış dördüncü namizəd olub. Bundan əvvəl MSK LDPR rəhbəri Leonid Slutskini, Dövlət Dumasının vitse-spikeri Vladislav Davankovu, habelə Dövlət Dumasının deputatı Nikolay Xaritonovu namizəd kimi qeydə alıb.  Pepperoni pizza

Rusiya Federasiyasında prezident seçkiləri bu il martın 15-dən 17-dək keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!