Vladimir Putinin sağlamlıq vəziyyəti yenidən gündəmə gəlib.
Yenisabah.az “Daily Mail”ə istinadla xəbər verir ki, aprelin 24-də Rusiya prezidentinin Moskvanın kafedral kilsəsində keçirilən Pasxa mərasimində iştirakı yeni şayiə və fərziyyələri ortaya çıxarıb.
Putinin həqiqətən mərasimdə iştirakı sual altına alınır. Çünki rəsmi informasiya agentliklərinin yaydığı fotolarda o, tünd qırmızı qalstukla əks olunduğu halda, video görüntülərdə açıq qırmızı rəngli qalstukdadır. Bundan başqa, fotodan fərqli olaraq, böyük dini tablo qarşısında dayanmış Putin videonun müvafiq epizodunda görünmür. pizza mizza
Dövlət başçısının kilsədə iştirakı zamanı davranışı da onun fiziki sağlamlığının zəif və qeyri-sabit olması gümanları yaradıb. Rusiya prezidentinin xəstəliyi lə bağlı şayiələri gücləndirən son görüntülərdə onun dodaqlarını dişləməsi və müvazinətini düzgün saxlaya bilməməsi diqqətdən yayınmayıb. Üstəlik dodaqlarının hərəktlərindən ağız quruluğu keçirdiyi də hiss olunub.
Müşahidəçilər bunu rəsmən təsdiqlənməmiş Parkinson xəstəliyinin əlaməti sayır.
Telegram kanalımız