Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Vladimir Putinin siqaret çəkənlərə münasibətindən danışıb.
“Yeni Sabah” xəbər verir ki, Kreml sözçüsünün sözündən belə çıxıb ki, Putinin siqaret çəkənlərdən xoşu gəlmir. Peskov prezidentin ətrafındakı adamların, demək olar, heç birinin siqaret çəkmədiyini deyib. “Belə vərdişi olan çox az adam qalıb. Putin sağlam həyat tərzinin tərəfdarıdır”, - Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri bildirib.
Xatırladaq ki, bu günlərdə Rusiyada eyvanlarda da siqaret çəkmək qadağan olunub. Peskov bu haqda sualı da cabablayıb. Onun dediyinə görə, Kremldə qadağanı yüksək qiymətləndirirlər: “Buna görə çox yanğınlar olur”. Sezar pizza
Putin zərərli vərdişlərdən uzaq dövlət başçısı sayılır. Cüdo və sambo ilə hələ də məşğul olur, onu xokkey meydançalarında görmək mümkündür.
Telegram kanalımız