Putinin Türkiyəyə səfəri gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

Putinin Türkiyəyə səfəri gözlənilir

Dünya

17 May 2022 11:58 594


Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə Türkiyəyə səfəri gözlənilir.

Yenisabah.az “Yeni Şafak”a istinadla xəbər verir ki, Rusiya liderini türkiyəli vəzifədaşı Rəcəb Tayyib Ərdoğan usiya və Türkiyə arasında yüksək səviyyəli işgüzar görüşə dəvət edib.

Türkiyə nəşri qeyd edir ki, sabah Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novakın başçılıq etdiyi nümayəndə heyəti Ankaraya gəlir və Türkiyənin iqtisadiyyatla bağlı idarələri ilə görüşlər keçirəcək. Dördpendirli pizza

Nümayəndə heyətinin tərkibindəki iş adamlarının Türkiyənin investisiya imkanlarını dəyərləndirəcəkləri bildirilir.

Görüşlər zamanı Türkiyə və Rusiya arasında yüksək səviyyəli işgüzar görüş üçün zəmin hazırlanacaq.

"Prezident Tayyib Ərdoğan telefonla zəng vurduğu Rusiya prezidenti Vladimir Putini yüksək səviyyəli işgüzar görüş üçün Türkiyəyə dəvət edib. Bununla əlaqədar yaxın günlərdə Putinin Türkiyəyə səfəri gözlənilir", - deyə "Yeni Şafak"ın məlumatında qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!