Putin işğal olunmuş ərazilərdə məcburi səfərbərlik planlaşdırır   - Ukrayna kəşfiyyatı

saytların hazırlanması

Evə çatdırılma

Putin işğal olunmuş ərazilərdə məcburi səfərbərlik planlaşdırır - Ukrayna kəşfiyyatı

Dünya

20 Aprel 2022 16:29 348


Zaporojya və Xerson vilayətlərinin işğal olunmuş ərazilərində keçirilən psevdoreferendumlar məcburi “səfərbərlik” elan etmək məqsədi daşıyır.

Yenisabah.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Müvəqqəti işğal olunmuş ərazilərin sakinlərinin şəxsi məlumatları “referendum”, guya “humanitar yardım” və ya sosial müavinətlər üçün toplanır. Marqarita pizza

Seçki günlərində Federal Təhlükəsizlik Xidməti əməkdaşları ukraynalıların özlərinin razılığı və fiziki iştirakı olmadan əldə etdikləri məlumatlardan istifadə edərək bülletenləri dolduracaqlar:

"Nasistlərdən azad edilmiş vilayətlərin əhalisi millətçi batalyonlara qarşı döyüşməyə başlayıb. Bu, Putin rejiminin növbəti cinayətidir. Ukraynaya qarşı və Ukrayna xalqına qarşı törədilmiş soyqırımın sübutudur”, - kəşfiyyat xidməti bildirib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya hərbçiləri Ukraynaya müharibəyə getməmək üçün Rusiya Federasiyasındakı poliqonlardan qaçırlar. 

Cavad Salmanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!