“Putinlə aram çox yaxşıdır, Ağ Evə dönər-dönməz, Putinə zəng edəcəyəm və müharibəni qısa zamanda bitirəcəyəm. Bu qədər itkilərin olmasındansa, kilsələrin dağılmasındansa, atəşkəs və sülh yaxşıdır”.
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.
“Bu müharibənin bitməsinin zamanı gəlib, ona mən son qoyacağam. Daha vacib məsələlər var, ona görə də Putinlə əlaqəni bərpa edəcəyəm” - o, deyib. Sezar pizza
Xatırladaq ki, Respublikaçıların vahid namizədi sayılan Donald Tramp öz seçki platformasında prioritet məsələ olaraq Ukrayna böhranının bitirilməsini və ABŞ-ın Rusiya münasibətlərdə fərqli tezislərdən irəliləməsini nəzərdə tutur.
Telegram kanalımız