“Putinlə sonuncu söhbətimdə...” – Ərdoğandan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Putinlə sonuncu söhbətimdə...” – Ərdoğandan açıqlama

Siyasət

24 Oktyabr 2022 08:30 2871


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında İstanbulda bağlanmış taxıl sazişinin inkişafı çərçivəsində Rusiyadan əsasən yoxsul ölkələrə kənd təsərrüfatı məhsulları və gübrələrin tədarükünə başlanacağına ümid etdiyini bildirib.

“Yeni Sabah” Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti ölkənin cənub-şərqindəki Diyarbakır şəhərində gənclərlə söhbət zamanı deyib.

"[Rusiya Prezidenti Vladimir] Putinlə sonuncu söhbətimdə biz Rusiyadan yoxsul ölkələrə taxıl və gübrə çatdırılması imkanlarını müzakirə etdik. Ümid edirik ki, bu problemi həll edə bilərik", - deyə R.T.Ərdoğan bildirib. Pepperoni pizza

Onun sözlərinə görə, Türkiyə kasıb ölkələri, o cümlədən Afrikanı təkcə taxılla deyil, gübrələrlə təmin etmək üçün addımlar atıb: "Quraqlıq problemini ciddi şəkildə yaşayan bu ölkələrə gübrə problemlərini həll etmək üçün kömək etmək lazımdır".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!