“Azad İstehlakçılar” Birliyi gözə taxılan linzalarla bağlı xəbərdarlıq yayıb.
“Yeni Sabah” xəbər verir ki, bu haqda yayılan açıqlamaya görə, istehlakçılar tərəfindən daxil olmuş məlumatların təhlili göstərir ki, bir sıra mallar kimi insan orqanizminin ən həssas üzvü olan göz əməliyyatlarında istifadə olunan göz protezlərinin-linzaların qaçaqmal yolu ilə gətirilən partiyalarından bəzi göz klinikalarında geniş istifadə olunur.
Belə ki,bir çox şirkətlərin istehsal etdiyi, xüsusən “Alcon” şirkətinin “Acry sof” göz protezləri Türkiyədən qeyri-qanuni yollarla ölkəmizə gətirilir. pizza
Məlumatların təhlili göstərir ki, bu mallar heç bir gömrük sənədləşdirilməsi aparılmadan, sertifikatlaşdırılmadan, Səhiyyə Nazirliyinin idxal icazəsi olmadan güman kı, bəzi gömrük işçilərinin “xeyir-duası” ilə bazara daxil olur və bu mallar standartların tələbinə cavab verməyən bir şəraitdə saxlanır, daşınır, şübhəsiz ki, dövlətin mövcud qanunvericiliyini pozmaqla bərabər qaçaqmalçılarla əlbir olan həkimlərin sayəsində istehlakçıların sağlamlığını da risk altında qoyur!
Bu linzaların bir hissəsi Türkiyədə tibbi sığorta xidmətindən sui-istifadə edən şəxslərin dəstəyi ilə ölkəmizə qutusuz, yəni acılmış şəkildə daşınır, qutuya qablaşdırılmış qaçaqmal linzalarTürkiyə üçün nəzərdə tutulduğundan orjinal markalanmanın üstünə Türk dilində stiker yapışdırılır. Təəssüflər olsun ki, bəzi klinikalar və həkimlər dövlətin qanunlarınına əməl edilməsinə, pul qazanmaq naminə rəayət etmədən qaçaqmalçılarla cinayət əlaqəsinə girməyə üstünlük verirlər.
“İlk olaraq göz əməliyyatları zamanı bu linzalardan istifadə edəçək xəstələrə bildiririk ki, mütləq linzaların mənşə sertifikatını əldə edib, surətini götürsünlər, linzanın gutusunu götürüb saxlasınlar, istəsələr AİİB-ə müraciət edib obyektiv məlumat ala bilərlər. Hazırda AİİB tərəfindən bu məsələ istehlakçılardan daxil olan məlumat əsasında araşdırılır və qaçaqmalçıların fəaliyyətini stimullaşdırıb, istehlakçıların sağlamlığını təhlükə altına qoyan həkimlərin və klinikaların müəyyənləşdirilməsi üçün ictimayi nəzarətimizi davam etdiririk.
Şəffaflığın və obyektivliyin təmin olunması üçün AİİB tərəfindən Bakı şəhərində fəaliyyət göstərən AMT Klinikaya, Respublika Diaqnostika Mərkəzinə, Z.Əliyeva adına Milli Oftamologiya Mərkəzinə, Bakı Göz Klinikasına, Dobramed Hospitala, ”Caspian Compassion Projekt” göz klinikasına, Celamig Göz Lazer klinikasına, ”Lanset”klinikasına, Brizol Göz Klinikasına sorğu və məlumat xarakterli rəsmi müraçiətlər olunub.
İctimaiyyətin və ölkəmizin qanunlarına əməl edən düzniyyətli insanların köməyi ilə, qaçaqmal yolu ilə ölkəyə bu malları gətirən şəbəkəni, həkim və klinikalara nəzarət edən dövlət orqanlarının köməyi ilə ifşa etmək niyyətindəyik”.
Telegram kanalımız