Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünləri qəbul edib.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Komitəsinin sədri əvvəlcədən qəbula yazılmış vətəndaşları fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Komitənin digər səlahiyyətli şəxslərinin də qəbuluna gələnlər fərdi qaydada qəbul olunublar. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib. Vətəndaşlar, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar müraciət edib.
Məcburi köçkünlərə bir daha bildirilib ki, onların problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasət sahəsində prioritet istiqamətlərdəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və bu proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyeva ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin ilk növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır. Vətəndaşların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib. Sezar pizza
Telegram kanalımız