Qadağadan sonra dönüş: “Səkkiz”  SENZURASIZ yayımlanacaq

saytların hazırlanması

Evə çatdırılma

Qadağadan sonra dönüş: “Səkkiz” SENZURASIZ yayımlanacaq

Şou

03 Fevral 2026 22:31 768


Bir neçə gün əvvəl yayımı bərpa olunan “Səkkiz” serialı ilə bağlı yeni açıqlama verilib.

“Yeni Sabah” xəbər verir ki, serialın quruluşçu rejissoru və baş rol ifaçısı, aktyor Hikmət Rəhimov bildirilib ki, serialın növbəti bölümlərini senzurasız izləmək üçün metaflix.az platformasına abunə olmaq lazımdır. 

Yeni bölümlər isə hər həftənin şənbə günü saat 23:00-da ARB televiziyasında yayımlanacaq. Hikmət Rəhimov paylaşımlarında izləyicilərə göstərdikləri maraq və dəstəyə görə təşəkkür edib. Dominos pizza

Qeyd edək ki, bir müddət əvvəl “Səkkiz” serialının ilk bölümündə qeyri-etik ifadələrin yer alması səbəbilə ARB kanalının yayımı 3 saatlıq dayandırılmışdı. Daha sonra serialın yayımının YouTube, televiziya və kinoteatrlarda müvəqqəti olaraq dayandırılması barədə qərar verilmişdi.

 “Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!