Qadın 42 ildir ölmüş kimi qeydiyyatdadır

saytların hazırlanması

Evə çatdırılma

Qadın 42 ildir ölmüş kimi qeydiyyatdadır

Xalqın səsi

20 Fevral 2019 15:29 1385


Balakəndə elektron imza üçün notariusa müraciət edən qadına onun ölmüş kimi qeydiyyatda olduğu bildirilib.

42 ildir Rəna Ağamalıyeva adlı Balakən rayon sakini ölmüş olaraq sənədlərə işlənilib. Üç uşaq anası olan qadın özəl bir şirkətdə mühasib işləyir. Son bir ay ərzində elektron imza almaq üçün Balakən rayon notariusuna müraciət etsə də, bu cəhdi uğursuz olub. Notariatlığın elektron sistemində 1977-ci ildən bu günə qədər ölü kimi qeyd olunduğu bildirilib.

Maraqlıdır ki, 2005-ci ildə şəxsiyyət vəsiqəsi almış Rəna Ağamalıyeva bu günə qədər bəzi hüquqi əməliyyatlar etməsinə baxmayaraq, hazırda ölmüş kimi göstərilir. Araşdırma nəticəsində məlum olub ki, 1973-cü ildə anadan olan və 1977-ci ildə dünyasını dəyişən bacısı Sevil Ağamalıyeva əvəzinə Rəna Ağamalıyeva ölmüş kimi qeydiyyata alınıb. Dördpendirli pizza

Balakən rayon qeydiyyat şöbəsindən isə bildiriblər ki, vətəndaşa məlumat verilib və rayon məhkəməsinə müraciət etməsi ilə bağlı hüquqi yardım göstərilib.

Xezerxeber.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!