“Qadın bir dəfə ailə qurar, ikincidə qəbir qucaqlayar”

saytların hazırlanması

Evə çatdırılma

“Qadın bir dəfə ailə qurar, ikincidə qəbir qucaqlayar”

Mədəniyyət

03 Fevral 2020 04:17 1354


“Xəzər TV”də yayımlanan “Ay Zaur” axşam şousunda qonaq olan Əməkdar artist Zöhrə Abdullayeva səsləndirdiyi qalmaqallı fikirləri ilə gündəmə gəlib.  

“Yeni Sabah” xəbər verir ki, sözügedən proqramın aparıcısı Zaur Kamalın “Həyat yoldaşınız rəhmətə gedəndən sonra niyə yenidən ailə həyatı qurmadınız?” sualına sənətçinin reaksiyası birmənalı olmayıb:  

“Yaxşı, sən Allah, nə ailə qurmaq?! Yekə övladı olan qadın yenidən ailə qurar?! Mənim ərim vəfat edəndə oğlumun 15 yaşı var idi. Mən 10 dəfə də ailə qursaydım, o tale mənimlə olacaqdı. Əlcəksən, corabsan, burun yaylığısan ki, ərləri tez-tez dəyişəsən?! Rəhmətlik atam mənə deyirdi ki, gəlinin əri rəhmətə gedirsə, ikinci dəfə gəlini qəbir qucaqlayar. Onun bu sözlərindən təəcüblənmişdim. Qadın bir dəfə ailə qurar, ikincidə qəbir qucaqlayar. Atam bu sözü doğru deyib”.   pizza mizza

Qeyd edək ki, 67 yaşlı Əməkdar artist Zöhrə Abdullayeva erkən yaşlarda, yəni 16 yaşında ailə həyatı qurub.  / Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!