Qadın cüdoçumuz yarımfinala vəsiqə qazanıb

saytların hazırlanması

Evə çatdırılma

Qadın cüdoçumuz yarımfinala vəsiqə qazanıb

İdman

12 May 2019 12:57 1166


Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük dəbilqə” beynəlxalq turnirində Azərbaycan cüdoçuları çıxışlarını uğurla davam etdirirlər.

“Yeni Sabah” xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən nüfuzlu turnirin son günündə Azərbaycanın 13 cüdoçusu qüvvəsini sınayır. Qadınların yarışında İrina Kinzerska (+78 kq) uğurla çıxış edərək yarımfinala vəsiqə qazanıb. Kişilərin mübarizəsində isə Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) dörddəbir finala vəsiqə qazanıblar.

Qeyd edək ki, cüdoçularımız turnirdə biri qızıl, biri gümüş, ikisi bürünc olmaqla 4 medal qazanıblar. Azərbaycan komandası bu nəticə ilə Yaponiya və Braziliya yığmalarından sonra üçüncü pillədə qərarlaşıb. Dördpendirli pizza

57 ölkədən 450-yə yaxın cüdoçunun mübarizə apardığı turnirə mayın 12-də yekun vurulacaq. Azərbaycan millisi bu turnirə 43 idmançı (28 oğlan, 15 qız) ilə qatılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!