Qadın din xadimlərinə maaş veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Qadın din xadimlərinə maaş veriləcək

Din

16 Fevral 2019 15:56 1449


Azərbaycanda din xadimi olan qadınlar bu ildən maddi dəstək alacaqlar.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri aparılır.

"Burada qadınların din xadimi təyin olunmasından söhbət getmir, çünki İslam dininə imam qadın təyinatı mümkün olan şey deyil. Amma İslam dünyasında ilk dəfə Azərbaycanda bir nümunə tətbiq edilib. Şeyxülislam Allahşükür Paşazadənin müavinlərindən biri qadındır. Bizdən sonra Türkiyə Dəyanət İşləri Başkanlığında da müavinlərdən biri qadın oldu. Məscidlərdə fəaliyyət göstərən dini icma sədri olan xanımlarımız da var. Həmin xanımların arasında bu ildən etibarən maddi dəstək alacaq şəxslər olacaq. Bu istiqamətdə işlər gedir". Dördpendirli pizza

Azvision


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!