Qadın içib kişini bıçaqladı - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

Qadın içib kişini bıçaqladı - Azərbaycanda

Hadisə

24 Sentyabr 2019 09:36 1165


Cəlilabadda bıçaqlanma hadisəsi olub.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qüdrət İsmayılov küçəsi, mənzil 15-də qeydə alınıb. Belə ki, rayon sakini, 1956-cı il təvəllüdlü Heydər Əsgərov bıçaqlanıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Heydər Əsgərov qonşusu Namiq Abışovun evində onunla və tanışı, 1960-ci il təvəllüdlü Süsən Əliqi ilə birlikdə spirtli içki qəbul edib. Daha sonda N.Abışov yenidən spirtli içki almaq üçün mağazaya gedib. Bu zaman H.Əsgərov və S.Əliqi arasında mübahisə düşüb. Spirtli içkinin təsirində olan S.Əliqi H.Əsgərovu bıçaqlayıb.  Dominos pizza

S.Əliqi hüquq-mühafizə orqanları tərəfindın saxlanılıb.

Onun barəsində Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!