Qadın internetdə tanış olduğu kişini tələyə saldı - 200 minlik şantaj

saytların hazırlanması

Evə çatdırılma

Qadın internetdə tanış olduğu kişini tələyə saldı - 200 minlik şantaj

Hadisə

07 Sentyabr 2019 10:36 1726


Qadın internetdə tanış olduğu kişini lüt şəkilləri ilə şantaj edərək ondan 200 min lirə (təxminən 60 min AZN) pul tələb edib. 

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Manisa şəhərində baş verib.

Ö.K adlı şəxs Əməl.Ö adlı qadınla internetdə tanış olub. Bir müddət internet üzərindən dostluq etdikdən sonra onlar Əməl.Ö-nün evində görüşməyə qərar veriblər. Qadın əlbir olduğu dələduz şəbəkəsinin üzvlərini qohum kimi qələmə verərək evinə çağırıb. Şəbəkə üzvləri Ö.K-nı döyüb, çılpaq şəkillərini çəkiblər. Daha sonra onu şantaj edərək 200 min lirə pul tələb ediblər. pizza

Şəbəkənin bütün üzvləri polis tərəfindən yaxalanaraq həbs ediliblər.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!