Qadın polis Bakıda qəza törətdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Qadın polis Bakıda qəza törətdi - Video

Kriminal

15 Fevral 2019 15:14 1576


Bu gün səhər Bakının Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindəki “Karl Marks” dairəsində qəza olub. 

Taksi fəaliyyəti ilə məşğul olan 99 BA 273 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil, xanım polis kapitanın idarə etdiyi 99 LR 515 dövlət nömrə nişanlı “KİA Sportage” markalı maşınla toqquşub. Hər iki avtomobilə ciddi ziyan dəyib. 

Hadisə yerinə gələn polis əməkdaşlarının verdiyi məlumata görə, hadisə taksi sürücüsünün səhvi ucbatından baş verib. Belə ki, “Mercedes” “KİA”nın hərəkətinə maneə yaradıb.  pizza hut

Qəza nəticəsində hər iki istiqamətdə tıxac əmələ gəlib.

Unikal.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!