Qadın sevgilisini antifrizlə zəhərlədi

saytların hazırlanması

Evə çatdırılma

Qadın sevgilisini antifrizlə zəhərlədi

Maraqlı

11 Oktyabr 2025 10:53 1357


ABŞ-nin Konnektikut ştatında qadın sevgilisini antifrizlə zəhərlədiyinə görə saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, 34 yaşlı Kristen Hohan avqust ayında sevgilisinin qırmızı şərabına antifriz əlavə edib. Kişi içkini içdikdən bir neçə saat sonra özünü pis hiss edib, danışmaqda çətinlik çəkib və yeriyərkən büdrəyib.

Onu xəstəxanaya çatdırıblar və əvvəlcə insult diaqnozu qoyulsa da, sonradan etilenqlikol (antifriz maddəsi) ilə zəhərlənmə müəyyən edilib. pizza sifarişi

İstintaq versiyasına görə, qadın sevgilisini öldürərək həm onların evinə sahib olmaq, həm də ortaq uşaqları üzərində tam himayə hüququ əldə etmək istəyib. Zərərçəkən bir neçə gün reanimasiyada qalıb və vəziyyəti ağır olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!