Bakı-Qazax avtomobil yolunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
"Yeni Sabah" xəbər verir ki, magistral yolun 270-ci kilometrliyində, Yevlax rayon ərazisindən keçən hissədə "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Ahu Zeynalova və sərnişin, Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Afət Zeynalova xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. /report.az
Telegram kanalımız