Qadın yol polisinin postunda doğdu - Azərbaycanda maraqlı hadisə + Video

saytların hazırlanması

Evə çatdırılma

Qadın yol polisinin postunda doğdu - Azərbaycanda maraqlı hadisə + Video

Sağlamlıq

11 Fevral 2019 13:36 1503


Dünən saat 20:00 radələrində Bakı-Mingəçevir xətti ilə hərəkət edən sərnişin avtobusu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının xidməti ərazisi olan “Nəvai” postunda dayanıb. 

Sürücü postda xidmət aparan YPX əməkdaşlarına yaxınlaşaraq onlardan kömək istəyib. Bildirib ki, sərnişinlərdən biri hamilədir və özünü pis hiss edir. Sərnişin dərhal postdakı tibb otağına dəvət edilib və ona ilkin tibbi yardım göstərilib. Daha sonra 113 təcili tibbi yardım xidmətindən həkimlər dəvət olunub. 

Həkimlər gəldikdən sonra qadın doğuşa başlayıb. Həkim və YPX əməkdaşlarının köməyi ilə doğuş tam təhlükəsiz keçib və qız uşağı dünyaya gəlib. YPX əməkdaşları və həkimlərin yardımı ilə ana və uşaq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hal-hazırda vəziyyətləri normaldır. Dördpendirli pizza

Avtosfer.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!