Qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Kriminal

01 Fevral 2023 15:57 710


Xətai rayonudan qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, zərərçəkən şəxs yaşadığı evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə dəyəri 300 manat olan mobil telefonu ələ keçirib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Sahil Əliyev saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib. Dominos pizza

Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Sahil Əliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!