Qadını yük maşınında gizlədib, Rusiyaya keçirmək istədi

saytların hazırlanması

Evə çatdırılma

Qadını yük maşınında gizlədib, Rusiyaya keçirmək istədi

Rəsmi

16 Aprel 2019 13:02 994


Rusiyanın Çelyabinsk vilayətində iki azərbaycanlıya hökm oxunub. 

“Dostup” agentliyinin məlumatına görə, onlar dövlət sərhədini qanunsuz keçməkdə ittiham edilirlər.

Məlumata görə, azərbaycanlılardan biri Rusiya ərazisində DAF markalı avtomobillə yüklərin daşınması ilə məşğul olub.  Sezar pizza

O, həmyerlisi olan qadına qanunsuz yolla Rusiya ərazisinə keçməyə kömək etməyə söz verib. Bunun üçün qadın ona 20 min rubl (530 AZN - red.) ödəyib.

Qanun pozucuları sərhəddə yaxalanıblar. O, qadını yük maşınında gizlədərək, Rusiya ərazisinə keçirmək istəyərkən ələ keçib.

Məhkəmənin qərarı ilə sürücü 10 min rubl (265 AZN - red.), qadın isə 5 min rubl (132 AZN - red.) cərimələnib.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!