“Qadının 90 kilometrdən artıq maşın sürməsi günahdır” – İlahiyyatçıdan maraqlı açıqlama   - Video

saytların hazırlanması

Evə çatdırılma

“Qadının 90 kilometrdən artıq maşın sürməsi günahdır” – İlahiyyatçıdan maraqlı açıqlama - Video

Din

20 Sentyabr 2019 21:17 1620


Türk ilahiyyatçı Nurəddin Yıldız izləyicinin sualına verdiyi cavabla növbəti dəfə gündəmə gəlib.

"Yeni Sabah" Türkiyə KİV-nə istinadən xəbər verir ki, ilahiyyatçı "Sosial Doku Vakfı" youtube kanalında yayımlanan videoda qadınların maşın sürməsinin hansı halda günah sayılmasından danışıb.

Yıldız, qadın izləyicisinin "Sürücülük vəsiqəsi alıb maşın sürsəm, günah sayılarmı?" sualına bu cür cavab verib: "Qadınlar maşın sürə bilər. Lakin, bu məsafə 90 kilometrdən çox olmamalıdır. Əks halda günaha batacaqsınız". Dördpendirli pizza

Qeyd edək ki, Yıldız daha öncə "6 yaşında uşaqla ailə həyatı qura bilərsiniz" ; "Qadın aparıcını izləmək qadağandır" və s. kimi iddiaları ilə gündəmə gəlib


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!