Türkiyədə maraqlı hadisə baş verib. Kağıthanənin Nurtəpə məhəlləsində bir qadının evindən gələn pis qoxular qonşuları narahat edib.
Yenisabah.az xəbər verir ki, binadakı sakinlər içəridə cansız bir bədən ola biləcəyini düşünərək polisə xəbər veriblər. Hərəkətə keçən polis qrupları evdə 3 yük maşını zibil ilə qarşılaşıblar.
Bu barədə açıqlama verən bina sakini Əhməd İşıq gördüklərindən olduqca təəccübləndiyini dilə gətirib: Dördpendirli pizza
"İlk əvvəl kiminsə öldüyünü düşündük, bu səbəblə polisə xəbər verdik. Əslində digər bir tərəfdən də yaşlı qadının bir şeylər toplayıb gətirdiyini təxmin edirdik, amma bu qədər çox zibil çıxacağını heç düşünməmişdik. İnsan heç cür belə bir şey düşünə bilmir".
Telegram kanalımız