Qadınlar niyə kişilərdən daha çox yaşayır? - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Qadınlar niyə kişilərdən daha çox yaşayır? - Səbəb

Sağlamlıq

23 Yanvar 2020 22:55 1315


Alimlər qadınların kişilərdən daha çox yaşamasının səbəbini müəyyənləşdiriblər.

"Yeni Sabah" xarici mediaya istinadən xəbər verir ki, Hollandiya və Danimarka alimləri niyə qadınların kişilərdən daha çox yaşadıqları sualına cavab tapıb.

Cənubi Danimarka və Gröeningen Universitetinin alimlərinin araşdırmasına görə qadınlar orta hesabla iki il artıq yaşayırlar. Pepperoni pizza

Şimali Amerika, Avropa və Okeaniyada yaşayan 50-85 yaşlı kişilər və qadınlar üzərində təcrübə aparılıb.

Statistikaya görə, 1950-ci ildə kişi və qadınların ömür uzunluğu arasındakı fərq 2 il 5 ay, 1980-ci ildə isə 4 il 5 ay olduğu müəyyən edilib. 2015-ci ilə qədər fərq azalaraq təxminən iki il təşkil edib.

Kişilərin ömrünün daha qısa olmasının əsas səbəbi tütün çəkməsidir. Kişilər daha əvvəl siqaret çəkməyə başlayırlar və qadınlardan daha çox siqaret çəkirlər.

Tədqiqatda deyilir: “Əvvəl kişilər siqaret çəkirdilər və siqaretdən ölməyə başladılar. Sonra qadınlar da siqaret çəkməyə başladılar və bu, onların ölümlərinə səbəb oldu”.  /Saglamolun.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!