“Qadınları zorla hicaba bürümək İslama ziddir” - Zərdüşt Əlizadə 

saytların hazırlanması

Evə çatdırılma

“Qadınları zorla hicaba bürümək İslama ziddir” - Zərdüşt Əlizadə 

Siyasət

21 Sentyabr 2022 12:32 2981


“İğtişaşlara səbəb İran hakimiyyətinin yanlış qərarlarıdır”.

Bunu Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Tehranda 22 yaşlı Məhsa Əmininin polislər tərəfindən öldürülməsindən sonra başlayan etiraz aksiyalarını şərh edən Z. əlizadə deyib ki, o, İranla bağlı açıqlamalarında hər zaman müsbət danışsa da, iki nüansı daim xüsusi vurğulayıb: pizza sifarişi

“Biri qadınlara qadınları hicaba məcbur etmək, digəri isə İsrailin dövlət kimi yaşama hüququnu tanımalıdır. İstəyər diplomatik əlaqələr qurar, lakin “İsraili məhv edəcəm” kimi qərarlar yanlışdır. Beynəlxalq hüquqa zidd addım atmaq olmaz.

Qadınlara məcburən hicab taxdırılması İslama ziddir. Qadın müstəqil və azad bir insandır. Dində məcburiyyət yoxdur. Hicab taxmaq istəyən taxsın, istəmirsə niyə məcbur edilsin?

Dil məsələsinə gəldikdə isə deyə bilərəm ki, Azərbaycan xalqı öz dilini sevirsə xüsusi məktəblərin açılması üçün maliyyə yardımı etsin.

İranda iğtişaşlar hicabın düzgün taxılmaması səbəbilə qadının öldürülməsidir. Qadınlar hicabını çıxardır və etirazlara qoşulur. Haqsız hakimiyyət məcburən zor tətbiq edir. Özləri qaşınmayan yerdən qan çıxarırlar. 

Hicabla İslamın taleyi həll olunur? Xeyr, İslam hicabla ölçülmür. İslam insan daxilindəki saflıq və imanla ölçülür. Məsələ kommunistlərin kənd təsərrüfatında xüsusi mülkiyyətə icazə verməməsinə oxşayır. Sonu necə oldu? Kommunistlər tarixin zibilliyinə tullandı.

İfrat dərəcədə sərt qadağalar öz mənfi təsirin göstərir. İslam rejimi ağılsız qərarlara görə indi laxlamaqdadır. Yenə deyirəm, qadınları zorla hicaba məcbur etmək düzgün deyil”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!