Qadınların çantasından pul oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Qadınların çantasından pul oğurladı

Kriminal

01 Mart 2019 16:43 991


Bakıda ictimai nəqliyyatda cibgirlik etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən tutulub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində marşrut avtobuslarında əsasən qadınların çantalarından pul, sənəd, bankomat kartları və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Polis əməkdaşları tərəfindən onun əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Biləsuvar rayon sakini Ə.Həsənov olduğu müəyyən edilib.  Pepperoni pizza

Araşdırmalar aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!