Qadınsız Nazirlər Kabineti - “Həmkarları imkan versə...“

saytların hazırlanması

Evə çatdırılma

Qadınsız Nazirlər Kabineti - “Həmkarları imkan versə...“

Siyasət

09 Mart 2019 18:33 1231


Əksər ölkələrdə nazirlər sırasında qadınları da görürük. Hətta qonşu ölkələrdə bu, ənənə halına çevrilib. Azərbaycanda isə uzun müddətdir, balans müşahidə edə bilmirik. 

Harvard Universitetinin məzunu, gənc fəal Bəxtiyar Hacıyev bununla bağlı fikirlərini belə bölüşüb: “Azərbaycanda Nazirlər Kabinetinin iclas fotosuna baxın. Bu boyda böyük tərkibdə bircə nazir qadın görürsünüzmü?  Bir qadın nazirimiz yoxdur. Halbuki, Ermənistanda Mədəniyyət naziri, Əmək və Sosial Müdafiə naziri qadındır. Gürcüstanda 11 nazirdən 3-ü qadındır, prezident qadındır, baş nazirin 2 müavinindən biri qadındır. Azərbaycanda prezident kişi, baş nazir kişi, 4 baş nazir müavinindən qadın sayı - sıfır! 18 nazirdən qadın nazir sayı - sıfır! Nazirlər Kabinetinə daxil olan nazirlik, xidmət, agentlik, komitə sədrlərindən ibarət 38 nəfərlik tərkibdə cəmi  bir qadın var, o da Ailə, Qadın və Uşaq məsələləri üzrə komitənin sədri. Milli Məclisdə 125 nəfərdən 19 nəfəri qadındır. Onlarla icra başçısı arasında qadın başçı sayı  bir nəfərdir. Onlarla səfirimiz arasında qadın səfir sayı bir nəfər. Siyahını uzatmaq olar”.

Məsələ ilə bağlı “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosiloq  Lalə Mehralı “Yeni Sabah”a danışarkən bildirib ki, qadınlar emosiyaları ilə hərəkət edirlər: pizza sifarişi

“Dünyada sübut olunmuş təcrübələrin nəticəsidir ki, kişi reaksiyası və hadisələri analiz etmə qabiliyyəti qadınlara nisbətən  daha obyektiv olur. Çünki qadın təbii ki, zərif cinsin nümayəndəsi olaraq hisslərinə aldana, emosiyalarına yenilə bilir. Çətin seçim qarşısında qalanda ağlı ilə deyil, hissləri ilə qərar verir. Amma bu o demək deyil ki, qadınları yüksək vəzifəyə layiq görmək lazım deyil. Əksinə, qadınlar üçün şərait yaratmaq lazımdır ki, karyeralarında yüksəliş əldə etsinlər.  Bilirsiniz, Milli Məclisdə qadın deputatların sayı artır. Son vaxtlar mətbuat xidmətlərində rəhbər postu tutanların çoxu qadınlardır. O cümlədən icra hakimiyyət orqanlarında qadın müavinlərin olduğunu görürük.”.

Sosioloq vurğulayıb ki,  qadın təyinatı cəmiyyət tərəfindən birmənalı qarşılanmır:

“Əksəriyyətimiz 30-35 yaşlı gənc xanımların bu cür təyinatına ağız büzürük. Yüksək vəzifənin səlahiyyətlərini icra edə biləcək səviyyədə bilik və bacarıqlarının olacağına şübhə edirik. Bunu irəli sürənlər də təəssüf ki, qadın həmkarlar olur. Təxminən 10 gün bundan qabaq iki xanım jurnalist dövlət mətbuat xidməti rəhbəri təyin olundu. Onlarla bağlı paylaşımları gördüm. Təəssüflə deyirəm ki, təyinatı elə öz həmkarları, vaxtilə bir stolda oturub yazı yazdıqları, bir tədbirdə mikrofon uzatdıqları insanlar narazılıqla qarşıladı. Əgər qadın həmkarının yüksəlişinə imkan versə, onların yeri  yuxarı postlarda olar. Çox istəyərdim ki, nazirlər sırasında da qadın namizədləri görə bilək. Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, Ombudsman aparatında qadın rəhbərlər var. Təbii ki, çəkini artırmaq , balans yaratmaq baxımından deyil, ədalətli və düzgün seçim edərək yüksək postlara layiqli qadın namizədləri təyin etmək lazımdır”. 

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!