Qafarova və Simonyan İstanbulda görüşəcəklər

saytların hazırlanması

Evə çatdırılma

Qafarova və Simonyan İstanbulda görüşəcəklər

Siyasət

14 Aprel 2026 12:05 382


Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.

Onun rəhbərlik etdiyi nümayəndə heyətinin 16-19 aprel tarixlərində keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak etmək üçün İstanbula gedəcəyini xatırladıb. Sezar pizza

A. Simonyan qeyd edib ki, konfrans çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşləri planlaşdırılır:

“Bir çox ölkənin parlament rəhbərləri orada olacaq. Hazırda Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri ilə görüşlər planlaşdırılır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!