Qahirə danışıqları uğursuzluğa düçar oldu

saytların hazırlanması

Evə çatdırılma

Qahirə danışıqları uğursuzluğa düçar oldu

Dünya

09 Aprel 2024 10:01 556


Fələstinin radikal HƏMAS qruplaşması İsrailin atəşkəslə bağlı təkliflərini qəbul etməkdən imtina edib.

Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, Qahirədə öncədən elan edilən danışıqlarda HƏMAS və İsrail arasında razılaşmaların bağlanacağı gözlənilirdi. Atəşkəsin şərtləri 2 əsas bənddən ibarət idi: keçən il oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə hücumu zamanı əsir götürülmüş girovların azad edilməsi müqabilində İsrail tərəfinin atəşkəs əldə etməsi.

Bazar ertəsi bir Fələstin rəsmisinin İsrailin təklif etdiyi şərtləri qəbul etməkdən imtina etdiyi barədə açıqlamasının ardınca İsrailin baş naziri Benyamin Netanyahu Rafahın işğalı əməliyyatının başlaması üçün son tarix elan edib. Pepperoni pizza

Bu şəhər son aylarda Qəzza zolağında döyüşlərdən qaçan fələstinlilər üçün son sığınacaq olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!